Şəmkir Aqropark MMC

Şəmkir Aqroparkı Cənubi Qafqazda “Aqropark” formatında ilk kənd təsərrüfatı layihəsidir və iki hissədən ibarətdir: logistika mərkəzi və əkin sahəsi. Göstərilən xidmətlər kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, soyuducu anbarı, qablaşdırılması və satışıdır. Tam miqyaslı laboratoriya xidmətləri, o cümlədən meyvə və tərəvəzlərin orqanoleptik xüsusiyyətlərini, quru maddəni (Briks), sərtliyini, nitrat və nitritlərini, rütubətini, aktiv və ümumi turşuluğunu, nişastasını, pektinini, yetişmə dərəcəsini (xlorofil tərkibi) aparmaqla fiziki-kimyəvi analizini təyin edir.

Bazar mövqeyi:
    • Azərbaycanda ilk aqropark kompleksi. Ölkənin ümumi saxlama qabiliyyətinin 3,5%-ni təşkil edir.

Məhsul portfeli:
    • Meyvə bağları: albalı, ərik, gavalı, heyva, armud, nektarin, şaftalı, xurma, badam.
    • Çeşidləmə və qablaşdırma: iri və kiçik kalibrli meyvə və tərəvəzlər.
    • Soyuducu anbar: ULO soyuducu anbar.
    • Laboratoriya xidmətləri

Əsas məlumatlar:
    • Logistika mərkəzinin sahəsi: 37.000 m2
    • Bütün sahə: 519 ha
    • Meyvə bağları: 29,6 ha
    • Saxlama otaqları: 5 ədəd (700 ton), 1 ədəd (1000 ton)
    • ULO soyuducu anbarı: 64 ədəd (24.000 ton)