AzRose şirkəti dünyada məşhur olan qızılgül sortlarının yetişdirilməsi və satışı ilə məşğuldur. Sahəsi 3 hektar olan istixanada 18 müxtəlif rəngli qızılgül yetişdirilir. İllik istehsal 5 000 000 - 6 000 000 gövdə arasındadır. AzRose Qəbələ Layihəsi həmçinin 2021-ci ildən çöl güllərinin inkişafına sərmayə qoyub. 1,5 hektar açıq sahədə 9 növ gül yetişdirərək satışını həyata keçirir.