Meyvə bağları

Meyvə bağları

Unikal mühitin yetişdirdiyi dad

İqlim, torpaq və suyun vəhdəti, Böyük Qafqaz dağlarının ətəyində yerləşən Azərbaycanın şimal və şimal-qərb bölgələrini dadlı meyvələrin - xüsusilə fındıq, alma, albalı, şaftalı və gavalının yetişdirilməsi üçün unikal bir mühitə çevirir. Agrarco meyvə bağları məhz bu mikroiqlimin ortasında yerləşir.

Təzə Meyvə Bağları

Şirkətimiz 300 hektara yaxın təzə meyvə bağına sahibdir. Strateji hədəf - 1000 hektar intensiv meyvə bağlardır və hər il 200 hektar bağın salınması planlaşdırılır. Bağların inkişafı üzrə texniki və məsləhət xidmətləri məşhur Fransa şirkəti “Eco Fruit Conseil” tərəfindən təmin edilir.
Yetişdirmədən emala, qablaşdırmadan çatdırılmayadək bütün xidmətləri təqdim edirik. Meyvələr əsasən ixrac olunur, lakin onların bir hissəsi daxili bazarda da satılır.

Şirəli alma istehsalı üçün 350 hektar torpaq sahəsi! Zavodda alma toplamaq
Böyük miqdarda yetişdirilən albalı bağları! Onlar necə toplanır və çeşidlənir?