Əmək haqqı üzrə mühasib

  • Mərkəzi ofis
  • Yerləşdirmə tarixi: 12.06.2023

Tələblər

- Ali təhsil
- Yaş həddi: 25-45
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Hesabatların auditini bacarmalı
- Analitik düşünmə qabiliyyəti olmalı
- Azərbaycan və rus dili bilikləri
- Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı

Vəzifələr

- İşçilərin aylıq əmək haqqlarını hesablamaq
- Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək
- Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək
- Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq

İş şəraiti

- İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur

Əlaqə məlumatları

İnsan resursları üzrə mütəxəssis – Məmmədov Əlizadə
Tel: (012) 322 22 33 (daxili 227)
Mob: (+994) 55 500 00 00
Ünvan: Bakı şəh.

>
CV-ni bizə göndərin