Qida sahəsi üzrə baş mexanik

  • Agro Food Investment
  • Yerləşdirmə tarixi: 06.06.2023

Tələblər

- Yaş: 30 - 45
- Cins: Kişi
- Sahə üzrə Ali təhsil
- Qida sektorunda 5 ildən artıq iş təcrübəsi
- Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi
- MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı
- Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
- Təzyiq altında işləmə bacarığı
- Problemlərə çevik yanaşma
- Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı

Vəzifələr

- Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiyası və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən quraşdırılmasında iştirak etmək
- Problemləri vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə vaxtaşırı əməkdaşlıq etmək
- Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrasını təmin etmək
- İstehsalatın texniki hazırlığını təmin etmək
- Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək
- Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək
- Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq
- Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəblərini analiz etmək
- Çalışdığı iş zonasını təmiz saxlanmaq və təhlükəsizlik texnikası üzrə təlimat qaydalarına riayət etmək
- Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması

İş şəraiti

- AR qanunvericiliyinə əsasən sənədləşmə
- Nahar şirkət tərəfindən təmin olunur

Əlaqə məlumatları

İnsan resursları üzrə mütəxəssis – Aytən Hajıyeva
Tel: (012) 223 33 22 (daxili 215)
Mob: (+994) 55 400 00 00
Ünvan: Bakı şəh., 
E-mail: 

>
CV-ni bizə göndərin